ABŞ sərhədindən miqrantların qeyri-qanuni keçidlərin sayı gündə on mini keçib
Meksikaya qeyri-qanuni miqrasiyanın rekord artımı ilə əlaqədar ABŞ-ın yüksək rütbəli məmurları Mexikoya danışıqlara göndəriləcək. AYNA-nın məlumatına görə, “The Washington Post” yazır ki, Miladdan əvvəlki dövrdə yaranan problemlərin həllini ABŞ Prezidenti Co Bayden təklif edib.
Nəşrin yazdığına görə, ABŞ sərhədindən miqrantların qeyri-qanuni keçidlərin sayı gündə on mini keçib və bu, ABŞ hakimiyyətini iki böyük dəmir yolu keçidini, digər giriş limanlarını bağlamağa məcbur edib. Dövlət katibi Antoni Blinken, daxili təhlükəsizlik naziri Alexandro Mayorkas və Ağ Evin daxili təhlükəsizlik üzrə müşaviri Liz Şervud-Randall yaxın günlərdə Meksika lideri Andres Manuel Lopez Obradorla görüşmək üçün Meksikaya səfər edəcəklər.
Qeyd edilir ki, Bayden administrasiyasının miqrant axınının qarşısını almaq ümidi ilə Texasdakı El Paso və Eagle Pass-da dəmiryol keçidlərini bağlamaq qərarına görə vəziyyət daha da pisləşir. Nəhayət, bu addım ABŞ və onun əsas ticarət tərəfdaşı arasında ticarətdə ciddi pozuntulara səbəb olub. ABŞ təsərrüfat qrupları, dəmir yolu şirkətləri və ABŞ Ticarət Palatası da Baydeni keçidləri mümkün qədər tez açmağa çağırır.
Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi Blinkenin Meksikaya səfərinin məqsədini şərh edərək, "Hər şey Meksika hökumətini məqsədyönlü əməliyyatlar aparmağa məcbur etmək ətrafında fırlanır" deyib.
Bundan əvvəl Meksika ilə sərhəddən ABŞ-a keçməyə çalışan orta təbəqədən olan çinli miqrant dalğası barədə məlumat yayılıb. Son 14 ayda 60 min Çin vətəndaşının sərhədi qanunsuz keçməyə cəhd etdiyinə görə saxlanıldığı bildirilir.