ABŞ Prezidenti: "Biz qoşunlarımızı Ukraynada döyüşmək üçün göndərməyəcəyik"
ABŞ Prezidenti Co Bayden münaqişə kəskinləşsə belə Ukraynaya qoşun göndərməyəcəyini təsdiqləyib.
AYNA xəbər verir ki, b barədə “RİA Novosti” məlumata yayıb.
Rusiya və Ukrayna ətrafındakı vəziyyətlə bağlı Ağ Evdə çıxış edən Prezident deyib: “Biz qoşunlarımızı Ukraynada döyüşmək üçün göndərməyəcəyik. Lakin biz Ukraynanı və onun xalqını dəstəkləməyə davam edəcəyik”, - deyə Bayden əlavə edib.
Ağ Evin rəhbəri bildirib ki, ABŞ-ın indiki administrasiyası artıq Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək üçün rekord dəstək verib.