Bayden ABŞ-a gələnlərə yeni tələblər qoyub

Dünya

22.01.2021 - 07:33

Həkimlər Klinikalar SEO Xidməti

Bayden: "ABŞ-a gələnlər maska taxmaq, test verməklə yanaşı, karantinə alınacaqlar"

 

ABŞ Prezidenti Co Bayden ölkəyə gələnlərlə bağlı yeni qaydaları elan edib. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, ABŞ-a gələnlər koronavirusla əlaqədar olaraq test verməklə yanaşı, karantinə alınacaqlar.

 

“Yeni ştammın meydana gəlməsi səbəbindən digər ölkələrdən ABŞ-a gələnlər maska taxmaq, test verməklə yanaşı, karantinə alınacaqlar”, - deyə Bayden bildirib.

 

Amerikalı lider karantin müddətinin nə qədər olacağı və qaydaların nə vaxtdan tətbiqə başlanacağı barədə hələ ki heç bir açıqlama verməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş