ABŞ Prezidenti: “Biz Amerikanın ruhu üçün mübarizə aparırıq, hələ də bunu edirik”
Amerika lideri Co Bayden 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində namizəd olacağını rəsmən açıqlayıb. AYNA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Dörd il əvvəl prezidentliyə namizədliyimi irəli sürəndə demişdim ki, biz Amerikanın ruhu üçün mübarizə aparırıq. Hələ də bunu edirik. İndi dayanmağın vaxtı deyil. Ona görə də yenidən namizədliyimi irəli sürəcəm”, - deyə Prezident bildirib.
Bayden komandası tərəfindən yayımlanan video mesajında namizədliyini elan edib. Videoda ABŞ lideri qeyd edib ki, onun işi Amerika demokratiyasını müdafiə etməkdir.