“Bavariya” tarixində 32-ci, ardıcıl isə 10-cu dəfə ölkə çempionu olub
Almaniya Bundesliqasında 31-ci turun mərkəzi oyunu keçirilib. AYNA xəbər verir ki, “Bavariya” Dortmund “Borussiya”sını qəbul edib.
Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticədən sonra xalını 75-ə yüksəldən Münhen təmsilçisi yarışın bitməsinə 3 tur qalmış çempionluğu rəsmiləşdirib.
Beləliklə, “Bavariya” tarixində 32-ci, ardıcıl isə 10-cu dəfə ölkə çempionu olub.