“Avro-2020”nin ilk finalçısı bəlli oldu

İdman

07.07.2021 - 01:54

İtaliya millisi İspaniyanı məğlub edərək finala yüksəlib

 

İyulun 6-da futbol üzrə 16-cı Avropa çempionatının yarımfinal mərhələsinin ilk oyunu keçirilib. AYNA xəbər verir ki, Londonun “Uembli” stadionunda keçirilən birinci yarımfinal matçında çempionatın favoritlərindən hesab olunan İtaliya və İspaniya yığmaları qarşılaşıblar.

 

Almaniyalı Feliks Brixin idarə etdiyi oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Qalibi müəyyənləşdirmək üçün təyin olunan 11 metrlik cərimə zərbələri seriyasını daha dəqiq yerinə yetirən İtaliya komandası çempionatın ilk finalçısı olub.

 

Final mərhələsinin digər iştirakçısı bu gün “Uembli” stadionunda keçiriləcək İngiltərə - Danimarka oyunundan sonra müəyyənləşəcək. Həmin görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

“Avro-2020”nin final matçı iyulun 11-də “Uembli” stadionunda keçiriləcək.

Müəllif: Ayna.az