Batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas edilib

Xəbərlər

16.08.2022 - 05:41

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti əməliyyat keçirib

Ötən gün  batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas edilib. AYNA xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Sahil”, “Görədil”, “Mingəçevir”, “Zuğulba” və “Şüvəlan” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşənlər xilas olunub.

Müəllif: Ayna.az