Baş Qərargah rəisi İkinci Şəhidlər xiyabanını ziyarət edib

Xəbərlər

12.07.2022 - 13:21

Həkimlər Klinikalar SEO Xidməti

Müdafiə Nazirliyinin rəhbərliyi İkinci Şəhidlər xiyabanını ziyarət edib

İyulun 12-də müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər rəhbər heyəti Tovuz döyüşlərinin ildönümü münasibətilə İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.

Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumata görə, əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və ruhlarına dualar oxunub.

Sonra 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısını alarkən canlarını fəda etmiş şəhidlərin, eləcə də xiyabanda dəfn olunan digər şəhidlərimizin məzarları ziyarət edilib, üzərlərinə gül dəstələri düzülüb.

Baş Qərargah rəisi İkinci Şəhidlər xiyabanını ziyarət edib Baş Qərargah rəisi İkinci Şəhidlər xiyabanını ziyarət edib
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş