Baş Prokurorluqdan media subyektlərinə MÜRACİƏT

Xəbərlər

28.08.2024 - 19:21

cedabet dərman SEO Xidməti

“Yoxlanılmamış məlumatların yayılması yolverilməz olmaqla qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur”

"Bəzi media saytlarında Firdovsi Vəliyev adlı şəxsin rəhbəri olduğu şirkətə məxsus nəqliyyat vasitəsinin ələ keçirilməsi ilə əlaqədar müraciətlərinə baxılmaması, vətəndaş qəbulunda iştirak edə bilməməsi barədə həqiqətə uyğun olmayan məlumatlar dərc edilib. Bildirilir ki, Vəliyev Firdovsi Bəhram oğlu müraciətlərində rəhbəri olduğu dərman preparatları firmasına məxsus nəqliyyat vasitəsinin idarə edilməsinə dair Goranboy şəhərində əczaçılıq fəaliyyəti ilə məşğul olan Rəhimov Xəyyam Nəriman oğlu ilə 2022-ci ilin sentyabr ayında aralarında yaranmış narazılıqdan sonra sonuncuya verdiyi etibarnamənin müddətinin bitməsinə baxmayaraq avtomobilin ələ keçirilməsini göstərib". AYNA xəbər verir ki, bu sözlər Baş Prokurorluğun açıqlamasında əksini tapıb.

Bildirilib ki, həmin müraciət üzrə Goranboy rayon prokurorluğunda aparılmış araşdırma zamanı vətəndaşın bildirdiyi xüsusatlar öz təsdiqini tapmayıb və hər hansı şəxsin əməlində cinayət tərkibinin olması müəyyən edilməyib.

"Eyni zamanda, qeyd edilən nəqliyyat vasitəsinin üzərinə saxta dövlət qeydiyyat nişanının bağlanılaraq idarə edilməsinə dair Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılmaqla hər hansı qanunsuzluq faktı aşkar edilməyib. Vətəndaş müraciətləri ilə əlaqədar prokurorluq orqanlarında qəbul edilməklə aidiyyəti üzrə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilib. Azərbaycan Respublikasının Baş Prokurorluğu media subyektlərinə müraciət edərək bir daha bildirir ki, dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan yoxlanılmamış məlumatların yayılması yolverilməz olmaqla qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur”, - deyə açıqlamada vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş