"Real Madrid" - "Alaves" matçı ev sahiblərinin qələbəsi ilə yekunlaşıb
Fevralın 20-də futbol üzrə İspaniya La Liqasında 25-ci turun mərkəzi qarşılşaması keçirilib. AYNA xəbər verir ki, "Mestalya" stadionunda baş tutan görüşdə "Valensiya" öz meydanında "Barselona" klubunu qəbul edib.
Görüş qonaqların 4:1 hesablı qələbəsi ilə baş çatıb. "Barselona"nın heyətində Pyer Emerik Obameyanq (23, 38), Frenki de Yonq 32 və Pedri (63) fərqləniblər. "Valensiya"nın yeganə qolunu 52-ci dəqiqədə Karlos Soler vurub.
Bu qələbə sayəsində "Barselona" xal ehtiyatını 42-ə çatdıraraq dördüncü, "Valensiya" isə 30 xalla on ikinci yerdədir.
Turun digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb.
"Real Madrid" - "Alaves" - 3:0;
"Espanyol" - "Sevilya" - 1:1;
"Elçe" - "Rayo Valleykano" - 2:1;
"Qranada" - "Vilarreal" - 1:4;
"Osasuna" - "Atletiko Madrid" - 0:3;
"Kadiz" - "Hetafe" - 1:1.