Banderanın Ukraynadakı kultu Polşada narahatlıq yaradıb

Dünya

03.08.2023 - 09:45

cedabet dərman SEO Xidməti

“Polşa hakimiyyəti Ukrayna tərəfini belə siyasətdən əl çəkməyə məcbur edəcək koalisiya yaratmalıdır”

Ukrayna Millətçiləri Təşkilatının lideri Stepan Banderanın Ukraynadakı kultu Polşa üçün ciddi təhlükə yaradır. AYNA xəbər verir ki, bu ifadələr Polşanın “Mysl Polska” nəşrinin məqaləsində əksini tapıb.

Məqalədə qeyd edilib ki, Polşa hakimiyyəti Ukrayna tərəfini belə siyasətdən əl çəkməyə məcbur edəcək koalisiya yaratmalıdır.

Nəşrin yazdığına görə, əks halda Polşanı məğlubiyyət gözləyir.

Məqalə müəllifləri vurğulayıblar ki, Ukraynadakı münaqişənin Polşaya heç bir şəkildə aidiyyati yoxdur. “Bu, bizim müharibəmiz deyil”, - deyən müəlliflər ölkə hakimiyyətinin Rusiyaya qarşı aqressiv siyasətinin nəticələri ilə üzləşə biləcəyini əlavə ediblər.

Bundan əvvəl Polşanın xarici işlər nazirinin müavini Pavel Yablonski Ukrayna hakimiyyətinin bəyanatlarına görə Varşava ilə Kiyev arasında münasibətlərin pisləşdiyini bildirmişdi. Onun sözlərinə görə, ölkələr bir çox məsələlərdə razılığa gələ bilmirlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş