Balakəndə ağır qəza: 2 nəfər ölüb, 5 nəfər yaralanıb

Xəbərlər

29.11.2023 - 19:50

Balakəndə ölümlə nəticələnən ağır yol qəzası qeydə alınıb

Balakəndə minik avtomobilləri toqquşub, iki nəfər ölüb. AYNA-nın məlumatına görə, hadisə rayonun Şambul kənd inzibati ərazisində baş verib.

 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, noyabrın 29-u saat 17 radələrində Balakən rayonunun Şambul kəndi ərazisində Hafiz İsmayılov və İlkin Hetayevin idarə etdiyi 2 “Mercedes” markalı avtomobil toqquşub. Hadisə nəticəsində hər avtomobildə biri olmaqla iki sərnişin ölüb, hər iki sürücü və üç sərnişin xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az