Milli Hidrometeorologiya Xidməti faktiki hava şəraitini açıqlayıb
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, martın 20-si saat 11:00-ə ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılı olub, dağlıq rayonlarda qar yağıb və qar örtüyü əmələ gəlib. Abşeron yarımadasının bəzi yerlərində səhər saatlarında sulu qar yağıb.
Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 74 sm, Altıağac, Xaltan, Şahdağda 41 sm, Lerikdə 40 sm, Kişçayda (Şəki) 35 sm, Ağdərədə (Ordubad) 32 sm, Qrızda 24 sm, Daşkəsən, Qusarda 13 sm, Qubada 10 sm, Göygöldə 8 sm, Şahbuzda 6 sm, Şərurda 2 sm olub.
Düşən yağıntının miqdarı Lənkəranda 29 mm, Astarada 22 mm, Lerikdə 20 mm, Beyləqanda 17 mm, Göytəpədə 12 mm, Ağdərədə (Ordubad) 11 mm, Qusarda 10 mm, Qubada 7 mm, Ağdamda 6 mm, Xaçmaz, Xaltan, Şabran, Şahdağ, Qrızda 5 mm, Tərtər, Altıağac, Şahbuzda 4 mm, Salyan, Biləsuvar, Kişçay (Şəki), Balakəndə 2 mm, Naxçıvan, Şərur, Naftalan, Gəncə, Zaqatala, Şəki, Şamaxı, Bərdə, Yevlax, Neftçalada 1 mm-dək, Bakıda və Abşeron yarımadasında: Bakı, Maştağada 2 mm, Sumqayıtda 0.3 mm olub.