Bakının küçələri növbəti dəfə dezinfeksiya edilir - <font color=red> FOTOLAR</font>

Xəbərlər

14.08.2021 - 09:43

Həkimlər Klinikalar SEO Xidməti

Paytaxt sakinlərinə küçəyə çıxmamaq tövsiyə olunub 

 

Son günlərdə ölkədə koronavirus pandemiyasına yoluxanların sayında kəskin artım müşahidə edildiyindən vətəndaşlarımızın bu xəstəlikdən qorunması və onun geniş yayılmasının qarşısının alınması məqsədi ilə paytaxt Bakı şəhərində kompleks tədbirlər həyata keçirilir.

 

Bu barədə AYNA-ya Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən bildirilib. 

 

Qeyd olunub ki, icra hakimiyyəti tərəfindən ümumşəhər dezinfeksiya həftəsi elan edilib və bu tədbirlər çərçivəsində bu gün, avqust ayının 14-ü səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılır.

 

"Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur", - məlumatda deyilir. 





Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş