Bakının iki prospektində avtobusların hərəkəti məhdudlaşdırılıb

Xəbərlər

28.06.2024 - 15:42

Həkimlər Klinikalar SEO Xidməti

Parlament prospekti və Atatürk prospektlində avtobusların hərəkəti məhdudlaşdırılıb

Bakı yollarında aparılan təmir işləri ilə əlaqədar bu gündən 30 iyun saat 06:00-dək Parlament prospekti və Atatürk prospektlinin "Gənclik" metrostansiyası istiqamətindəki hissəsində nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Qeyd olunub ki, Parlament prospektinə daxil olan 3, 18, 39 və 205 nömrəli müntəzəm avtobus marşrutları alternativ olaraq Mikayıl Müşfiq və Mehdi Hüseyn küçələri, Atatürk prospektinə daxil olan 3, 7A, 7B, 9, 26, 33, 67, 85, 93, 199, 202 və 211 nömrəli müntəzəm avtobus marşrutları isə alternativ olaraq Azadlıq prospekti, Ağasadıq Gəraybəyli, Həsən Əliyev, Əhməd Rəcəbli, Fətəli xan Xoyski, İbrahimpaşa Dadaşov küçələri ilə hərəkət edəcək.

Müəllif: Ayna.az