Bakının bu qəsəbəsində su kəsiləcək

Xəbərlər

25.09.2023 - 20:13

Dövlət Su Ehtiyatları Agentliyi xəbərdarlıq yayıb

Sentyabrın 25-də axşam saatlarından başlayaraq və sentyabrın 26-da gün ərzində Bakının Suraxanı rayonunun Zığ qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə AYNA-ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, içməli suyun verilməsində fasilənin yaranması su kəmərində təmir-bərpa işlərinin aparılması ilə bağlıdır.

Müəllif: Ayna.az