Bakıdan Təl-Əvivə uçuşlar bərpa olunur

Xəbərlər

09.10.2023 - 01:26

cedabet dərman SEO Xidməti

AZAL Təl-Əviv şəhərinə və əks istiqamətdə uçuşları bərpa edir

Oktyabrın 10-dan etibarən "Azərbaycan Hava Yolları" Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə uçuşları bərpa edir. AYNA xəbər verir ki, bu barədə AZAL-dan bildirilib.

Qeyd olunub ki, uçuşlarla bağlı hər hansı dəyişiklik və ya yenilik olduqda, sərnişinlərə dərhal məlumat veriləcək.

Aviaşirkət İsraildəki qeyri-sabit vəziyyətlə əlaqədar uçuşların müvəqqəti dayandırılması zamanı göstərilən anlayışa görə minnətdarlığını bildirir.

Əlavə məlumat əldə etmək üçün sərnişinlərə [email protected] elektron ünvanı vasitəsilə "Azərbaycan Hava Yolları"nın çağrı mərkəzinə müraciət etmələri tövsiyə olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş