Bakıdan Milana uçuşlar bərpa olunur

Xəbərlər

05.04.2022 - 14:54

Həkimlər Klinikalar SEO Xidməti

Bakı-Milan marşrutu üzrə xüsusi reyslər çərşənbə və şənbə günləri həyata keçiriləcək

“Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı-Milan-Bakı beynəlxalq marşrutu üzrə reyslər yerinə yetirməyə başlayacaq. AYNA xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları”nın Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakı-Milan marşrutu üzrə və əks istiqamətdə xüsusi reyslər mayın 21-dən etibarən çərşənbə və şənbə günləri həyata keçiriləcək.

Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.

Qeyd edək ki, Azərbaycan və İtaliya arasında müntəzəm hava əlaqəsi pandemiya səbəbindən dayandırılıb.

Sözügedən reyslərə yalnız qeyd olunan daşınma şərtlərinə cavab verən və COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

İtaliyaya səfər etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl bu ölkə ərazisinə giriş zamanı tətbiq olunan qayda və məhdudiyyətlərlə tanış olmaları tövsiyə olunur. Müvafiq məlumat aviaşirkətin saytında dərc olunub.

Azərbaycana giriş qaydaları haqqında məlumatla linkdən tanış olmaq mümkündür.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş