Bakıda yolu bağlayan TIR sürücüləri həbs olunublar

Xəbərlər

18.02.2022 - 18:20

Həkimlər Klinikalar SEO Xidməti

Məhkəmə TIR sürücüləri ilə bağlı qərar verib

Bakıda yolu bağlayan TIR sürücüləri Mirələm Məmmədov və Elvin Məlikov 30 sutka həbs olunublar.

AYNA-nın "Report"a istinadən xəbərinə görə, bu barədə qərar Nərimanov Rayon Məhkəməsində elan edilib.

Bundan başqa, sürücü Bəxtiyar Məmmədov səhhəti ilə əlaqədar olaraq məhkəməyə çıxarılmayıb.

Rəmiş Cəfərovun barəsində isə cinayət işi olduğu üçün onunla bağlı təqdimata ayrıca baxılıb və barəsində 2 aylıq həbs qətimkan tədbiri qərarı çıxarılıb.

Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş