Bakıda yerdəyişməsi aparılan şagirdlərin sayı açıqlanıb

Xəbərlər

09.06.2021 - 11:42

16 mindən çox şagirdin yerdəyişməsi həyata keçirilib

 

2020-2021-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 16040 şagirdin elektron sistem (sy.edu.az) vasitəsilə yerdəyişməsi aparılıb. AYNA xəbər verir ki, bu barədə BŞTİ-dən bildirilib.

 

Məlumata görə, şagird yerdəyişməsinin elektronlaşdırılması məktəb-valideyn əlaqələrinin bu proses çərçivəsində daha da təkmilləşdirilməsinə və valideylərin təhsil müəssisələrii ilə təmasının daha rahat və şəffaf təşkilinə xidmət edir.

Müəllif: Ayna.az