Bakıda yaşayış binasının qarajında yanğın olub

Hadisə

15.01.2023 - 11:34

Avtomobil yanğından mühafizə olunub

Bakı şəhərinin Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən qarajda ümumi sahəsi 3 m² olan taxta konstruksiyalı gözətçi köşkü yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AYNA-ya verilən məlumata görə, yüksək temperaturdan yaxınlıqda dayanan "Nissan" markalı minik avtomobilinin arxa işıqları və buferi deformasiyaya uğrayıb.

Avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az