Bakıda yağış yağacaq

Xəbərlər

11.03.2022 - 14:09

Həkimlər Klinikalar SEO Xidməti

Dağlarda 10 dərəcə şaxta olacaq

Martın 12-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın arabir yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-5, gündüz 5-7, Bakıda gecə 3-5, gündüz 5-7 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Rayonlarda sabah havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-5, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

 

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş