Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb
Bakının Səbail rayonunda 21 yaşlı gənc yol qəzasında xəsarət alıb.
AYNA-nın "Report"a istinadən xəbərinə görə, 2003-cü il təvəllüdlü Əhədli Kərim Elyas oğlunun idarə etdiyi velosiped qarşı tərəfdən gələn motosikletlə toqquşub.
Hadisə zamanı xəsarət alan K.Əhədli müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.