Bakıda "Texnofest-Azərbaycan" festivalı keçirilir - FOTOLAR

Xəbərlər

26.05.2022 - 13:22

Həkimlər Klinikalar SEO Xidməti

Nazir: "Bu, Azərbaycan və Türkiyənin dünyaya bir mesajıdır"

Bakıda "Texnofest-Azərbaycan" festivalı keçirilir. AYNA APA-ya istinadən xəbər verir ki, açılış mərasimi "Natiq" Ritm Qrupunun kompazisiyası ilə başlayıb.

Rəsmi açılış mərasimində çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib ki, ilk dəfə Türkiyədən kənarda, Azərbaycanda “Texnofest” keçirilir: “Bu, ölkələrimizin dünyaya bir mesajıdır. Bu o deməkdir ki, gələcəkdə də bir yerdə addımlayacağıq”.

Rəşad Nəbiyev “Texnofest” festivalının gənclərin müsabiqəsi olduğunu nəzərə çatdırıb : “Azərbaycan isə gəncliyi ilə fəxr edir. Çünki gənclərimiz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edib”.

Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar bildirib ki, Bakıda bu müsabiqənin keçirilməsindən qürur duyur: “Bu gün ölkələrin müstəqilliyini qorumaları üçün yüksək texnologiyalara malik olmasının nə dərəcədə əhəmiyyətli olduğunu görürük”.

Azərbaycan və Türkiyə xalqlarının, dövlətlərinin hər zaman bir-birinə dəstək olduğunu söyləyən Səlçuq Bayraktar “Texnofest” sayəsində türk övladlarının nələri bacaracağını dünyaya göstərəcəklərini vurğulayıb: “Bakıdan Şuşaya, Can Azərbaycanın hər köşəsinə salamlarını çatdırıram. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla, festivalın təşkilinə dəstək verən bütün dövlət qurumlarına, təşkilatlara təşəkkürümü bildirirəm. Dərdiniz dərdiniz, sevincimiz sevincimizdir. Allaha əmanət olun!”

Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank “Texnofest”in Türkiyədən kənarda ilk dəfə Azərbaycanda keçirildiyini və bunun təsadüfi olmadığını qeyd edib: “Bu gün tək Türkiyə adına deyil, Azərbaycan, Türk Dünyası, İslam Dünyası adına sevinirəm. İki qardaş ölkənin texnologiya festivalı atəşini yandırdığı bir anı yaşayırıq. Bu gün bu festivalda iştirak edən gənclər sabahın mühəndisləri, alimləri olacaq. Mən siz gənclərin yerində olsaydım, hər bir texnologiyanı araşdırar, sabaha qədər evə getməzdim. Bu festivalın təşkili üçün Azərbaycan Prezidentinə təşəkkür edirəm”.

Bakıda "Texnofest-Azərbaycan" festivalı keçirilir - Bakıda "Texnofest-Azərbaycan" festivalı keçirilir - Bakıda "Texnofest-Azərbaycan" festivalı keçirilir - Bakıda "Texnofest-Azərbaycan" festivalı keçirilir - Bakıda "Texnofest-Azərbaycan" festivalı keçirilir - Bakıda "Texnofest-Azərbaycan" festivalı keçirilir - Bakıda "Texnofest-Azərbaycan" festivalı keçirilir - Bakıda "Texnofest-Azərbaycan" festivalı keçirilir - Bakıda "Texnofest-Azərbaycan" festivalı keçirilir - Bakıda "Texnofest-Azərbaycan" festivalı keçirilir -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş