Bakıda su quyusunda meyit aşkarlanıb

Xəbərlər

22.04.2023 - 00:53

cedabet dərman SEO Xidməti

Aşkarlanan meyit aidiyyəti üzrə təhvil verilib

Bakıda su quyusunda meyit aşkarlanıb. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

"112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfərin meyitinin su quyusundan çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti dərinliyi təqribən 8 metr olan su quyusundan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş