Bakıda sıxlıq olan yollar açıqlanıb

Cəmiyyət

17.02.2023 - 08:50

Paytaxtda bir sıra küçə və prospektlərdə sıxlıq müşahidə olunur

Bakıda sıxlıq olan yollar açıqlanıb. AYNA Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, aşağıdakı yollarda sıxlıq müşahidə edilir:

 

1. Heydər Əliyev prospekti, əsas və kənar yol, mərkəz istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

4. "20 Yanvar" dairəsində;

5. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

6. Tbilisi prospekti, hər iki istiqamətdə;

7. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

8. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

9. 28 May və Dilarə Əliyeva küçələri, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

10. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

11. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

12. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

13. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;

14. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Müəllif: Ayna.az