Bakıda şadlıq evində yanğın

Hadisə

21.11.2021 - 23:38

Həkimlər Klinikalar SEO Xidməti

Şadlıq sarayı və bitişik bina yanğından mühafizə olunub

Bakıda yanğın hadisəsi qeydə alınıb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər yayıb.

Bildirilib ki, Xətai rayonunda ümumi sahəsi 2 000 m² (hər mərtəbəsi 1 000 m²) olan ikimərtəbəli şadlıq sarayının mətbəxinin havalandırma sistemində mühərrik və yağ qalıqları, bitişik çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində qismən bir ədəd pəncərə çərçivəsi yanıb.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Şadlıq sarayı və bitişik bina yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş