Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verilib - RƏSMİ AÇIQLAMA

Xəbərlər

03.09.2022 - 12:17

Həkimlər Klinikalar SEO Xidməti

Loqoped mərkəzində uşaqlara işgəncə verən şəxslərin kimliyi məlum olub

Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verilib. AYNA-nın xəbərinə görə, bu barədə sosial şəbəkələrdə videogörüntülər paylaşılıb. Videogörüntülərdə mərkəzin əməkdaşlarının uşaqlara işgəncə verdiyi əks olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, reabilitasiya mərkəzində əlil uşaqlara işgəncə verən şəxslərin kimliyi polis tərəfindən müəyyən olunub: "Araşdırmalar davam etdirilir. Əlavə məlumat veriləcəkdir".

Ombudsman Aparatından isə bildirib ki, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə reabilitasiya mərkəzində çəkildiyi iddia olunan video görüntülərlə bağlı məsələ Ombudsmanın nəzarətindədir: "Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Bakı şəhərində fəaliyyət göstərən reabilitasiya mərkəzində çəkildiyi iddia olunan və uşaqlara qarşı zorakılığı əks etdirən video görüntülərlə bağlı məsələnin araşdırılması dərhal Ombudsmanın nəzarətinə götürülüb və bununla bağlı müvafiq qurumlara müraciətlər edilib".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş