Bakıda qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Xəbərlər

06.08.2023 - 01:46

cedabet dərman SEO Xidməti

Cinayəti törətməkdə şübhəli bilinən Teymur Məmmədov saxlanılıb

Xəbər verildiyi kimi avqustun 5-i saat 19 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yerləşən evlərdən birində 1989-cu il təvəllüdlü Tacirə Salmanovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Bu barədə AYNA-ya Nərimanov rayon prokurorluğundan məlumat verilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü Teymur Məmmədov saxlanılıb.

İbtidai istintaq davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş