Bakıda qadın qətlə yetirilib: yeniyetmə oğlu saxlanılıb

Hadisə

10.02.2023 - 12:37

15 yaşlı oğlan anasını öldürməkdə şübhəli bilinir

Bakının Xətai rayonunda 1977-ci il təvəllüdlü Solmaz Mansurovanın kəsilmiş-deşilmiş yaralarla meyitinin tapılması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən xəbərə görə, araşdırma zamanı hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin 15 yaşlı oğlu saxlanılıb.

Faktla bağlı müvafiq istintaq hərəkətləri aparılır.

Müəllif: Ayna.az