Bakıda polis silahla ehtiyatsız davranması nəticəsində həyatını itirib

Hadisə

08.04.2024 - 23:37

Hadisə tabel silahını təmizləyərkən baş verib

Aprelin 8-də Bakıda polis nəfərinin silahla ehtiyatsız davranması nəticəsində ölümlə nəticələnən hadisə baş verib.

DİN-in Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, hadisə tabel silahını təmizləyərkən baş verib.

Göstərilən tibbi müdaxilələrə baxmayaraq 1988-ci il təvəllüdlü polis nəfəri Ruslan Kazımov həyatını itirib.

Araşdırma aparılır.

Müəllif: Ayna.az