Bakıda orta məktəbdən oğurluq olub

Xəbərlər

26.01.2022 - 11:07

Həkimlər Klinikalar SEO Xidməti

Polisə 2 ədəd noutbuk və printerin oğurlanması barədə məlumat daxil olub

Bakıda orta məktəbdən oğurluq edilib. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə rayon ərazisindəki orta məktəblərdən birinin sinif otağından 2 ədəd noutbuk və printerin oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Almyaşev müəyyən edilərək saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş