Onlardan 48 nəfər cinayət, 14 nəfər barəsində inzibati icraat işi açılıb
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində paytaxtın rayonları üzrə 64 nəfər saxlanılaraq məsuliyyətə cəlb edilib.
Onlardan 48 nəfər cinayət, 14 nəfər barəsində inzibati icraat işi açılıb.