Bakıda məişət tullantıları yanıb

Hadisə

03.11.2024 - 20:49

Həkimlər Klinikalar SEO Xidməti

Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərmanov rayonu ərazisində təkər və məişət tullantılarının yanması barədə ilkin məlumat daxil olub.

FHN-dən AYNA-ya verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Müəllif: Ayna.az