Bakıda kişinin qətlinə görə oğlu şübhəli şəxs qismində saxlanılıb

Xəbərlər

12.05.2023 - 09:33

cedabet dərman SEO Xidməti

Azər Abbasov mayın 12-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib

Bakıda kişinin qətlinə görə oğlu şübhəli şəxs qismində saxlanılıb. Bu barədə AYN-ya Binəqədi Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, mayın 10-u saat 20 radələrində paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində 1965-ci il təvəllüdlü Ehtibar Abbasovun ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 1990-cı il təvəllüdlü Azər Abbasovun aralarında yaranmış mübahisə zamanı atası Ehtibar Abbasova kəsici-deşici alətlə xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Azər Abbasov mayın 12-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İbtidai istintaq davam edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş