Bakıda kafe və restoranlarda qiymətlər artıb - VİDEO

Cəmiyyət

03.01.2023 - 04:29

Müştərilər deyirlər ki, kabablar və digər qidalar kəskin bahalaşıb

Bakıda fəaliyyət göstərən restoranlarda qiymətlər günü-gündən artmaqda davam edir. AYNA Xezerxeber.az-a istinadən bildirir ki, artım xüsusilə bayram günləri daha çox hiss edilib.

Müştərilər deyirlər ki, kabablar və digər qidalar kəskin bahalaşıb.

Bundan başqa, bəzi restoranlar depozit tələb edirlər ki, bu da həddindən artıq yüksək olur.

Restoran müdiri Fərid Adıgözəlov obyektdə depozit olmadığını deyir. O, buna baxmayaraq, bahalaşmanın olduğunu və onun səbəblərini açıqlayıb.

Bildirilib ki, restoranda müştərilərə verilən meyvə-tərəvəz, eləcə də ətlərin ən keyfiyyətlisi seçilir. Bu da qiymətin daha yüksək olmasının səbəbidir.

Həmçinin işçi xərclərinin də günü-gündən artdığı bildirilir.

Restoran işlədən şəxslər deyirlər ki, qida məhsullarının qiyməti daha da artarsa, yeməklərin bahalaşması davam edəcək.

Daha ətraflı süjetdə:

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə