Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
Bakı şəhərinin Binəqədi rayonunda yaşayış evində yanğın olub. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd olunub ki, ümumi sahəsi 180 kvadratmetr (hər mərtəbəsi 90 kvadratmetr, arakəsmə divarları və tavanı taxta konstruksiyalardan ibarət) olan ikimərtəbəli evin 1-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları və ev əşyaları 32 kvadratmetr sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.