Bakıda ikimərtəbəli ev yanıb

Hadisə

13.02.2022 - 12:59

Həkimlər Klinikalar SEO Xidməti

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Bakı şəhərinin Suraxanı rayonunda ikimərtəbəli evdə yanğın baş verib.

AYNA Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, ümumi sahəsi 250 kvadratmetr olan evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 30 kvadratmetr sahədə, bitişik ümumi sahəsi 80 kvadratmetr olan birmərtəbəli evin hamam otağının tavanı 1 kvadratmetr sahədə və bitişik talvarın taxta atmaları 15 kvadratmetr sahədə yanıb. Hər iki evin qalan hissəsi və bitişik digər evlər yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş