Bakıda iki küçədə sürət həddi endirilib

Xəbərlər

11.08.2023 - 18:17

cedabet dərman SEO Xidməti

Hər iki yol sahəsində müvafiq yol nişanları quraşdırılıb

Bakı şəhərində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarə olunması məqsədilə tədbirlər davam etdirilir. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Qeyd olunub ki, bu tədbirlər çərçivəsində daha iki küçədə sürət həddi endirilib.

11 avqust tarixindən paytaxtın Məhəmməd Hadi və Təbriz küçələrində sürət həddi 60 kilometr/saatdan 50 kilometr/saata endirilib. Hər iki yol sahəsində müvafiq yol nişanları quraşdırılıb.
Sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət hədlərinə riayət etmələri xahiş olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş