Bakıda havada dəm qazının göstəricisi normadan yüksəkdir

Xəbərlər

10.10.2023 - 21:42

cedabet dərman SEO Xidməti

Ekologiya və Təbii Sərvətlər Nazirliyi səbəbləri açıqlayıb

Bakıda havada dəm qazının göstəricisi normadan yüksəkdir. AYNA xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

Stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyəti göstəricilərindən dəm qazı 1,3, Sumqayıt şəhərində isə azot (IV) oksid 1,1 dəfə normadan yüksək müəyyən edilib.

Dəm qazı və azot (IV) oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş