Bakıda fabrikdən 24 min manatlıq oğurluq edilib

Hadisə

20.01.2023 - 15:47

Keçmiş məhkum şübhəli şəxs kimi saxlanılıb

Bakıda fabrikin anbarından 24 min manatlıq oğurluq edilib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən fabrikin anbarından 24 min manat dəyərində mühərrik yağının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən, orada satıcı işləyən Ağdam rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Mahir Səfərov müəyyən olunaraq saxlanılıb.

Müəllif: Ayna.az