Oğurluqda şübhəli bilinən şəxs saxlanılıb
Bakının Nəsimi rayonu ərazisində evdən 1700 manat, 85000 rubl pul vəsaiti və 500 manat dəyərində qızıl-zinət əşyası oğurlanıb. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Qeyd olunub ki, Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı T.Fərəcov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.