Oğurluğu törətməkdə şübhəli bilinən ev sahibinin oğlu saxlanılıb
İyunun 8-də Binəqədi rayonunun Dərnəgül qəsəbəsindəki evlərin birindən 7000 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən ev sahibinin oğlu Ü.Əhmədov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.