Bakıda evdən meyit tapılıb

Xəbərlər

29.01.2022 - 12:10

Həkimlər Klinikalar SEO Xidməti

Meyit aidiyyəti üzrə təhvil verilib

Bakıda evdən 50 yaşlı kişi meyiti tapılıb. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, paytaxtın Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1972-ci il təvəllüdlü Həsənov İlham Lətif oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş