Meyit aidiyyəti üzrə təhvil verilib
Bakı şəhərində mənzildə meyit aşkar edilib. AYNA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1946-cı il təvəllüdlü Məmmədova Zərqələm Əjdər qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.