Bakıda ev yanıb

Hadisə

08.03.2023 - 23:16

Hadisə Binəqədi rayonunda baş verib

Bakıda ev yanıb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, şəhərin Binəqədi rayonunda ümumi sahəsi 40 kvadratmetr olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 15 kvadratmetr sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az