Bakıda dönərdən zəhərlənən şagirdlər xəstəxanadan evə buraxılıb

Xəbərlər

27.10.2023 - 15:53

cedabet dərman SEO Xidməti

4 şagird də ambulator müalicə üçün evə buraxılıb

Bakıda dönərdən zəhərlənən dörd şagird Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasından ambulator müalicə üçün evə buraxılıb. AYNA xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Qeyd olunub ki, 24-25 oktyabr tarixlərində dönərdən zəhərlənmə səbəbilə Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına ümumilikdə 24 müraciət daxil olub.

İlkin mərhələdə 20 nəfər, 27.10.2023-cü il tarixində isə müalicəsi davam etdirilən son 4 nəfər də ambulator müalicə üçün evə buraxılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş