Bakıda daha bir marşrutda gediş haqqı “BakıKart”a keçir

Xəbərlər

05.05.2023 - 17:51

cedabet dərman SEO Xidməti

Bakı Nəqliyyat Agentliyi məlumat yayıb

Mayın 8-dən “Neftçilər” metro stansiyası ilə Yeni Günəşli yaşayış massivini əlaqələndirən 50 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək. AYNA xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

İş prosesinə uyğun olaraq, digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək.

Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş