Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Xəbərlər

20.01.2022 - 20:54

Mənzillər yanğından mühafizə olunub

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə AYNA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 4 ədəd sayğac, 4 ədəd açar və giriş kabeli 2 p.m yanıb.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az