Yanğın saat 20:25-də söndürülüb
Bakı şəhərinin Nəsimi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasının şaxtasında elektrik naqillərində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AYNA-ya verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.
Yanğın saat 20:25-də söndürülüb. Əlavə məlumat veriləcək.